İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda gənc siyasi məhbus işgəncə nəticəsində öldürüldü

İki ay əvvəl Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan gənc siyasi məhbus Rza Sorağinin təhlükəsizlik təcridxanasında işgəncə nəticəsində öldüyü bildirilib.

Musavat.com Iran News-a istinadən xəbər verir ki, insan haqları təşkilatlarının məlumatına görə, Sorağinin meyiti ailəsinə təhvil verilib. Onun yaxınlarına ölüm səbəbini açıqlamamaq və yas mərasimini sakit keçirmək üçün təzyiq göstərildiyi qeyd olunub. Ailə üzvlərinin çəkdiyi görüntülərdə Sorağinin bədənində çoxsaylı yara izləri və ağır işgəncə əlamətləri görünür.

Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik hər hansı açıqlama verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR