İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazlar səngimir: Qasım Süleymaninin baneri yandırıldı - VİDEO

İranda Qasım Süleymaninin daha bir baneri yandırılıb. 

Musavat.com xəbər verir ki, Məşhəd şəhərinin Şahnamə bulvarında Qasım Süleymaninin banerinə azadlıqsevərlər tərəfindən od vurulub. 

Qeyd edək ki, son aylarda demək olar ki, İranın bütün şəhərlərində Qasım Süleymani və Xameneyinin banerləri mütəmadi olaraq yandırılır. Bununla da azadlıqsevərlər molla rejiminə qarşı olduqlarını göstərirlər.

Musavat.com bildirir ki, İran ordusunun general-mayoru, ABŞ -ın təhlükəli terrorçular siyahısında ən öndə olan Qasım Süleymani İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı idi. O, 1998-20-ci illər arasında İranın xaricində keçirilən bütün gizli əməliyyatların, terror və təxribatların icrasında əsas rol alan Qüds qüvvələrinin də komandanı idi. Suriyada prezident Bəşər Əsəd tərəfindən döyüşən könüllüləri məhz Süleymani toplayırdı. 2014-2015-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli şiə qüvvələrinə (Həşdi Şabi) koordinasiya və istiqaməti, real rəhbərliyi də o həyata keçirdib.

Qasım Süleymani İranın mollakratiya rejiminin hərbi gücünün simvolu idi. Etirazçıların onun posterlərini yandırması bu simvolun sındırılması anlamına gəlir.

Qasım Süleymani 3 yanvar 2020-ci ildə Bağdad Beynəlxalq hava limanında pilotsuz təyyarələrlə təşkil olunan hücum nəticəsində öldürülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR