İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etiraz dalğası bu şəhərlərdə daha da genişlənib- SİYAHI

 

İranın Tehran, Kirman, Gilan, Mazandaran, İlam və bir sıra əyalətlərində etiraz aksiyaları davam edib.

Musavat.com xəbər verir ki, azərbaycanlılar yaşayan bölgələrdə fəallar tərəfindən Azərbaycan bayrağı müxtəlif yerlərdən asılmağa davam edib.

“Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qız öldürən hökumətə ölüm!” və bu kimi şüarlar səsləndirilib.

Küçələrdə hicabsız qadınlar və kişilər birlikdə rəqs ediblər.

Məşhəd, Tehran şəhərlərində divarlara İİR əleyhinə şüarlar yazılıb.

Sosial şəbəkələrdə yayılan videolara görə, qadınlar məcburi hicaba riayət etmirlər.

Sosial şəbəkələrdə yayılan digər videoda Semnan şəhərində hicab qaydalarına əməl etməyən qızın polislər tərəfindən kobud şəkildə həbs olunması əks olunub.

Tehran əyaləti:

Tehran şəhərinin Baqeri, Ekbatan, Səttarxan bölgələrində etiraz aksiyası keçirilib və “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!” şüarları səsləndirilib.

Gilan əyaləti:

Fumənli bir gənc su idarələrinin yanlış idarəçiliyinə və ölkənin şimalında İslam Respublikasının hakimiyyəti altında su ehtiyatlarının məhv edilməsi təhlükəsinə etiraz edib.

Kirman əyaləti:

Kirman şəhərində Qasim Süleymaninin baneri etirazçılar tərəfindən yandırılıb. Onlar “İstər dar (edam) olsun, istər həbsxana, biz sona qədər dayanacağıq!” şüarı səsləndiriblər.

Mazandaran əyaləti:

Sari şəhərində Bəsic qüvvələrinə məxsus baza etirazçılar tərəfindən yandırılıb.

İlam əyaləti:

Dehluran şəhərində insanlar inqilab zamanı həbs edilmiş 5 kürd vətəndaşın azad edilməsi tələbi ilə etiraz aksiyası təşkil ediblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR