İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda əhaliyə üçüncü doza peyvəndin vurulması davam edir

COVID-19 pandemiyası ilə əlaqədar olaraq İranda bağlanan məktəblər aprelin 4-dən başlayaraq fəaliyyətlərini bərpa ediblər.

AZƏRTAC İranın Koronavirusa qarşı milli mübarizə qərargahının açıqlamasına istinadla xəbər verir ki, aprelin 4-dən başlayaraq ibtidai, orta və ali məktəblərin fəaliyyəti bərpa olunub.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə isə son 24 saat ərzində ölkə ərazisində 3 min 519 nəfərin koronavirusa yoluxması, 53 nəfərin isə yoluxaraq vəfat etməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 7 milyon 171 min 165 nəfər, xəstəlikdən ölənlərin ümumi sayı isə 140 min 368-ə çatıb. Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 591 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, müalicə alan 6 milyon 890 nəfər COVID-19 xəstəsi sağalaraq evə buraxılıb.

Nazirliyin məlumatına əsasən, İranda əhalinin 100 faizi peyvənd olunub. Hazırda əhaliyə buster doza peyvənd vurulur. Bu günə kimi 26 milyon 315 min 325 nəfərə 3-cü doza peyvənd vurulub. Proses davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR