İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda casusluqda ittiham olunan sabiq məmur edam edilib

İran ədliyyəsi 1997-2005-ci illərdə müdafiə nazirinin müşaviri vəzifəsində işləmiş Əlireza Əkbəri barəsində ölüm hökmünü icra edib.

AZƏRTAC xəbər verir ki, bu barədə IRNA agentliyi İranın ədliyyə orqanlarına istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, ikili vətəndaşlığı (İran və Britaniya) olan sabiq məmur Böyük Britaniyanın xeyrinə casusluqda, həmçinin korrupsiyada təqsirli bilinib. Eyni zamanda, Əkbəri ona qarşı irəli sürülən bütün ittihamları rədd edib və onların əsassız olduğunu bildirib.

Bundan əvvəl BBC Yayım Korporasiyasının farsdilli redaksiyası məmurun təxminən on ay əvvəl saxlanıldığını, həbsdə olarkən işgəncələrə məruz qaldığını iddia edib. Çərşənbə günü Britaniya İran hakimiyyətini Əkbərinin edamını dayandırmağa çağırmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR