İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 23 fəhlə işdən çıxarıldığına görə intihar edib

İranda intihar hadisəsi ilə bağlı yeni faktlar yayılıb.

Musavat.com xəbər verir ki, “Etemad” qəzeti 2022-ci ildə fəhlələrin intiharı ilə bağlı dərc olunmuş xəbərlərdən hazırladığı icmalında göstərir ki, ötən ilin əvvəlindən etibarən 283 gün ərzində 23 fəhlə yoxsulluq, borclar, əmək haqqı tələbləri və işdən çıxarıldıqlarına görə intihar edib. İntiharların təqviminə görə orta hesabla hər 12 gündə bir fəhlə intihara əl atıb. Ölənlərin hamısı kişi olub.

İran Statistika Mərkəzinin yeni hesabatı göstərir ki, maye yağ və bərk bitki yağının qiyməti ötən ilin dekabrında ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 291% və 274% artıb. Yəni bir ildə bu ərzaq məhsulunun qiyməti 4 dəfə artıb.

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin İnsan Resursları Baş idarəsinin rəisi Seyfullah Muradi isə bildirib ki, Səhiyyə Nazirliyinin ən azı 100 min işçiyə ehtiyacı var.

 İranda səhiyyə sahəsinin minlərlə əməkdaşının, o cümlədən 5 min həkimin son iki-üç ildə ölkədən mühacirət etməsi böhranı ciddi tibb işçisi çatışmazlığına səbəb olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR