İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana NÜVƏ ZƏRBƏSİ endirməyə HAZIRLAŞIRLAR – Ağ Evdən SARSIDICI açıqlama!

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İsrailə qarşı 14-cü hücum dalğasında ən yeni “Emad” və “Qədr” ballistik raketlərindən istifadə edib.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Qeyd edək ki, İran ordusu səhər saatlarında Beer-Şeva şəhərinə zərbələr endirib.

Vaşinqton Fordo nüvə obyektinə qarşı taktiki nüvə silahı istifadəsini istisna etmir – Fox News

ABŞ administrasiyası İranın Fordo şəhərində yerləşən yeraltı uran zənginləşdirmə obyektinə qarşı mümkün zərbələr zamanı taktiki nüvə silahından istifadə edilməsini gündəmdən çıxarmayıb.

Musavat.com xəbər verir ki, bu barədə Fox News telekanalının jurnalisti Cekki Haynrik cümə axşamı özünün “X” (əvvəlki Twitter) hesabında məlumat verib.

Jurnalistin sözlərinə görə, Ağ Evdən ona bildirilib ki, bu məsələ ilə bağlı The Guardian nəşrində dərc edilən məlumatlar həqiqəti əks etdirmir:

“Ağ Ev rəsmisi mənə bildirdi ki, ABŞ hərbçiləri Fordo obyektinin məhv edilməsi üçün bunkerə qarşı bombaların effektivliyinə şübhə etmir. Eyni zamanda, heç bir variant – o cümlədən taktiki nüvə silahının tətbiqi – istisna edilmir”, – deyə Haynrik qeyd edib.

Xatırladaq ki, daha əvvəl The Guardian ABŞ prezidenti Donald Trampın belə bir silahdan istifadəni nəzərdən keçirmədiyini yazmışdı. Lakin Fox News-un məlumatına əsasən, mövcud administrasiya bu istiqamətdə bütün imkanları masada saxlayır.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR