Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Siirt vilayətində polis qrupları tərəfindən həyata keçirilən əməliyyat zamanı İrana məxsus TIR-da külli miqdarda narkotik maddə ələ keçirilib. Yük maşınında qeyri-qanuni miqrantlar da olublar.
Bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib.
Bildirilib ki, əməliyyat Baykan rayonunda Vilayət Polis İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi (NCMŞ) və Miqrant Qaçaqmalçılığı ilə Mübarizə Şöbəsinin (MQMŞ) qrupları tərəfindən aparılıb.
Məlumata görə, nəzarət-buraxılış məntəqəsində saxlanılan yük maşınından 7,330 kq metamfetamin aşkar edilərək götürülüb. Bundan başqa maşının yük yerində ölkəyə qeyri-qanuni yollarla daxil olan 17 miqrant saxlanılıb. Nəzarətə alınan iranlı sürücü H.C. həbs edilib.
Qeyri-qanuni miqrantlar MQMŞ-də həyata keçirilən prosedurlardan sonra deportasiya olunmaq üçün Van Geri Göndərmə Mərkəzinə təhvil veriliblər.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ