Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi terrorçu qrupların İdlib və Hələbdə Suriya hökumət qoşunlarına qarşı hücumu fonunda qonşu Türkiyəyə səfər edəcək.
Musavat.com bildirir ki, bu barədə "Mehr" agentliyi xəbər verir.
Türkiyə Xarici İşlər Nazirliyi şənbə günü bildirib ki, Abbas Araqçı bazar ertəsi, dekabrın 2-də Ankaraya səfər edəcək.
Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, Əraqçi Türkiyəyə getməzdən əvvəl Suriyanın paytaxtı Dəməşqə səfər etməyi planlaşdırır.
Səfər Suriyanın şimal-şərqində baş verən hadisələr və terrorçu qrupların İdlib və Hələbdə Suriya hökumət qoşunlarına qarşı hücumu fonunda baş tutacaq.
Musavat.com
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ