Onlayn ictimai-siyasi qəzet
Hakimiyyət Ermənistanı alver obyektinə çevirdi. Onlar İranın ABŞ-ın regionda fəallaşmaq cəhdlərindən narazılığına məhəl qoymurlar.
Bu sözləri politoloq Argişti Kiviryan yerli jurnalistlərə açıqlamasında deyib.
“Xarici qüvvələrin bura gətirilməsi Tehranın düşmənlərini İran sərhədlərinə çatdırmaq deməkdir. Tehran bundan danışır və İrəvanı bu siyasətdən imtinaya çağırır, lakin Ermənistan hakimiyyəti buna məhəl qoymur və eyni siyasəti davam etdirir. Ermənistan rəhbərliyi onlara hakimiyyətə gəlməkdə köməklik edən qüvvələrin göstərişlərinə əməl edir”, - o bildirib.
O iddia edib ki, əgər Ermənistan İran və digər ölkələrin siqnallarından düzgün istifadə edə bilsəydi, indiki vəziyyətinə düşməzdi.//axar.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ