İnsanlara hürriyət, millətlərə istiqlal!

İran vətəndaşından heroin alan “Miki” saxlanıldı - FOTOLAR

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Turab Həsənov saxlanılıb.

Üzərindən heroin aşkarlanan şəxs narkotik maddəni “Miki” adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənova narkotik maddəni 50 manata satan Şəmkir rayon sakini Mikayıl Zamanov saxlanılıb.

Üzərindən müxtəlif bükümlərdə heroin və marixuana aşkar edilən M.Zamanovun yaşadığı evdən isə 2 ədəd torbada ümumi çəkisi 5 kiloqram 110 qram heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı M.Zamanov narkotik maddəni onlayn yolla İran vətəndaşından aldığını etiraf edib.

Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR