İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Rusiya Türkiyəyə qarşı HƏRƏKƏTƏ keçdi, Suriyada erməni hərbçilər MƏHV edildi

Suriyada hökumət qüvvələri ilə Əsədə bağlı silahlı qruplar arasında baş verən son qarşıdurmalarda iki suriyalı erməni hərbçi həyatını itirib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, atəş nəticəsində Latakiyanın kənarında öldürülənlərin kimliyi müəyyən edilib. Onlar ata və oğul Antuan və Fadi Budros olub. Son günlər intensivləşən döyüşlər nəticəsində yüzlərlə insan həyatını itirib, ölənlər arasında dinc sakinlərin də olduğu bildirilir. Hökumət qüvvələri ilə Əsədə sadiq qruplar arasındakı gərginlik bölgədə təhlükəsizliyi daha da pozub.

Latakiya və Tartus əyalətlərində Əsəd rejiminin tərəfdarlarını hədəf alan hərbi əməliyyatlar başa çatıb. Suriya Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdül Qani deyib. "Qüvvələrimiz Latakiya və Tartus əyalətlərinin bir sıra şəhərlərində rejim qalıqlarını zərərsizləşdirə bilib. Buna nail olduqdan sonra hərbi əməliyyatın başa çatdığını elan edirik", - məlumatda qeyd edilib.

Suriyada baş verən toqquşmaların əsas məğzi odur ki, mart ayında keçid hökumətinin tərkibi elan olunmalı idi, buna ciddi hazırlıqlar gedirdi. Hökumət üzvləri arasında druzların, kürdlərin, ələvilərin nümayəndələri və xanımlar da olacaqdı. Siyasətçi Natiq Cəfərli Suriyada baş verən toqquşmalar haqda qeyd edib. O bildirib ki, keçid hökumətinin əksər üzvlərinin Türkiyədə təhsil alanlardan ibarət olması nəzərdə tutulurdu: “Yəni Rusiyanın və İranın adamlarından kənar, ölkədə “inklüziv” bir hökumət elan edilməli idi. Bu gün baş verənlərin əsas səbəbi Rusiyanın və İranın oyundan kənar qalmasıdır, qan, terror vasitəsi ilə masaya dönmək, oyunqurucu olmaq istəyirlər. Nəticəsi isə günahsız insanların ölümü olur”. Qeyd edək ki, martın 6-da Əsəd tərəfdarları hesab edilən silahlı qruplaşmanın Suriya təhlükəsizlik qüvvələrinə hücumu ilə Latakiyada dəhşətli toqquşmalar başlayıb. Toqquşmalar zamanı yüzlərlə mülki şəxsin öldüyü iddia edilir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR