İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Ermənistan qardaşlığının fonunda işğal tablosu - FOTO

Sosial şəbəkələrdə Ermənistanın İrandakı səfirliyində divardan asılan lövhənin fotosu gündəm olub.

Musavat.com xəbər verir ki, lövhədə Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Maraqlısı isə bundadır ki, illərdir bu lövhə orada asılmış şəkildə durub və bu lövhənin altında İran rəsmiləri erməni həmkarları ilə görüşlər keçiriblər, bu qondarma lövhəni dəfələrlə görüblər.

Buna baxmayaraq, molla rejimi bir dəfə olsun etirazını bildirməyib və elə bu günlərdə lövhənin altında şəkil də çəkdiriblər.

Maraqlıdır, İsrailin Azərbaycandakı səfirliyində belə bir hal baş versə, yəni, İranın bir qisminin İsrail ərazisi olaraq təsvir edildiyi lövhə asılsaydı, terror rejimi hansı reaksiyanı verərdi?!

Həmin fotonu təqdim edirik.

photo_2023-04-06_13-36-23.jpg (225 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR