İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və ABŞ nüvə məsələsini müzakirə edəcək – Omanda danışıqlar başlayır

İran və ABŞ nümayəndə heyətləri nüvə məsələsini müzakirə etmək üçün Omanda birbaşa danışıqlar keçirəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Əbbas Araqçi açıqlama verib.

Araqçi bildirib ki, əgər Vaşinqton da Tehran kimi ədalətli bir razılaşma əldə etməyə çalışırsa, o zaman danışıqlar yolunda irəliləyiş mümkündür. "Əgər tərəflər bərabər və ədalətli bir sazişə nail olmaq istəyirlərsə, müzakirələrə ümid var," – deyə İran XİN rəhbəri qeyd edib.

Bu açıqlama ABŞ ilə İran arasında uzun müddət davam edən nüvə məsələsi üzrə gərginliklərin yenidən müzakirəyə açılacağına işarə edir. Tərəflər əvvəllər bir neçə dəfə nüvə sazişi üzrə danışıqlar aparsalar da, müxtəlif maneələr səbəbindən irəliləyiş əldə edilməmişdi.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR