İnsanlara hürriyət, millətlərə istiqlal!

İran uran ehtiyatlarını 7-8 qat sürətlə artırır – MAQATE

İran 60 faizə qədər zənginləşdirilmiş uran hasil etmək və toplamaq imkanlarını sürətlə artırır.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.

MAQATE rəhbərinin dediyinə görə, İran əvvəllər ayda 5-7 kq 60 faizə qədər zənginləşdirilmiş uran əldə edirdisə, indi bu həcm 7-8 dəfə çoxdur. Nüvə silahı istehsal etmək üçün ən azı 90 faizə qədər zənginləşdirilmiş uran ehtiyatları yaratmaq lazımdır.

Noyabrın 29-da İran MAQATE-ni Fordo və Natanz nüvə obyektlərində zənginləşdirilmiş uran istehsalı üçün 6 minə yaxın yeni sentrifuqa quraşdırmaq planı barədə məlumatlandırıb. Eyni zamanda Tehran sentrifuqalardan istifadə etməklə uranı 5 faizə qədər zənginləşdirmək niyyətində olduğunu açıqlayıb. 2015-ci il Birgə Kompleks Fəaliyyət Planında (JCPOA) nəzərdə tutulan maksimum zənginləşdirmə səviyyəsi 3,67 faiz təşkil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

06 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR