İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Ukraynanı HƏDƏLƏDİ: "Cavab tədbirləri görüləcək"

Ukraynanın İranla diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejim barədə anlaşma memorandumunu ləğv etməsindən sonra Tehran Kiyevə qarşı addımlar atacağını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai açıqlama verib.

“Ukraynanın diplomatik pasportlara malik İran vətəndaşları üçün vizasız gediş-gəlişi ləğv etmək qərarına cavab tədbirləri görüləcək. Hazırda təfərrüatlar üzərində iş aparılır”, – deyə Baqai həftəlik mətbuat konfransında bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR