Onlayn ictimai-siyasi qəzet
"ABŞ-nin yeni prezident seçkiləri Vaşinqtona İranla bağlı keçmiş səhvləri düzəltmək, eləcə də köhnə yanlış yanaşmalara yenidən baxmaq imkanı verir".
Musavat.com xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bildirib.
“Birləşmiş Ştatlarda prezidentin seçilməsi ilə bağlı məsuliyyət xalqın üzərinə düşür. Artıq xalq öz seçimini edib. Bu seçki keçmişdə qəbul edilmiş yanlış yanaşmalara yenidən baxmaq və yenidən düşünmək üçün bir fürsətdir” - Bəqayi İRNA-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Tehran ABŞ-nin əvvəlki administrasiyaları ilə qarşılıqlı əlaqədə keçmişin acı təcrübəsini xatırlayır. Baqai əlavə edib ki, İran ABŞ- nin yeni hökumətinin effektivliyini onun konkret hərəkətləri əsasında qiymətləndirəcək.
Qeyd edək ki, ABŞ- də keçirilən prezident seçkilərində Tramp tələb olunan 270 səslə artıq 300-ə yaxın seçicinin səsini qazanıb. O, özünü ABŞ-ın 47-ci prezidenti elan edib. Hakim Demokrat Partiyasının namizədi Kəmalə Harris məğlubiyyətini etiraf edib və respublikaçını seçilmiş prezident adlandırıb.
Şahanə Rəhimli
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ