İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Trampa terror hədəsi göndərdi – ABŞ ərazisində gizli qruplar aktivləşə bilər

 İran ABŞ prezidenti Donald Trampa açıq şəkildə terror hədəsi ünvanlayıb.

Musavat.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

İddialara əsasən, Tehran ABŞ-ın İrana mümkün hücumu halında, ölkə ərazisindəki “yatmış hüceyrələr” vasitəsilə terror aktları həyata keçirəcəyi ilə hədələyib.

Mənbələrin bildirdiyinə görə, bu təhlükəli mesaj ötən həftə Kanadada keçirilən "Böyük Yeddilik" (G7) sammitində, vasitəçi şəxs vasitəsilə Prezident Trampa çatdırılıb.

Qeyd olunur ki, mesaj hücumdan cəmi bir neçə gün əvvəl verilib və ABŞ təhlükəsizlik orqanlarında ciddi narahatlıq yaradıb. Hazırda ölkə daxilində təhlükəsizlik tədbirləri gücləndirilib, xüsusi xidmət orqanları gizli qrupların aktivləşməsi riskini araşdırır.

Bu hadisə ABŞ-İran münasibətlərində gərginliyin yeni və təhlükəli mərhələyə keçdiyinin göstəricisi sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR