İnsanlara hürriyət, millətlərə istiqlal!

İran: tərcüməçi qadına 5 il 8 ay həbs cəzası verildi

Ölkədə insan haqlarının təmunatı sahəsində ciddi islahatlar aparmaq əvəzinə, İrandakı teokratik rejim repressiya siyasətini daha da sərtləşdirir. Bu dəfə İran “Femida”sı öz “gücü”nü tərcüməçi və əmək fəalı Anişa Əsədullahiyə nümyaiş etdirib.

AzVision.az İrandakı hüquq müdafiəçiləri qrupunun orqanı olan “Hrana” xəbər agentliyinə istinadən bildirir ki, Anişa Əsədullahi Tehran İnqilab məhkəməsinin 26-cı şöbəsi tərəfindən ümumilikdə 5 il 8 ay həbs cəzasına məhkum edilib.

Hakimi İman Əfşarinin sədrliyi ilə keçirilən məhkəmədə Anişa Əsədullahi “icma və sövdələşmə” ittihamı ilə 5 il və “rejim əleyhinə təbliğat” ittihamı ilə 8 ay olmaqla ümumilikdı 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmün apellyasiya şikayəti mərhələsində təsdiq ediləcəyi halda, İran Cinayət məcəlləsinin 134-cü maddəsi əsasında Anişa Əsədullahiyə beş il ağır həbs cəzası kəsiləcək.

Anişa Əsədullahi əmək mitinqlərində iştiraka görə bir neçə dəfə həbs olunaraq, nəticədə bir il müddətinə azadlıqdan məhrum edilmişdi. Aprel ayında isə bir milyard tümən girov müqabilində Əsədullahi "Evin" həbsxanasından müvəqqəti buraxılmışdı. Lakin aprelin sonlarında həbsdə yatan müəllim Məhəmməd Həbibinin evində olarkən bir qrup əmək fəalı ilə birlikdə yenidən həbs edilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR