İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran səfirliyinin qalan əməkdaşları da rədd olsunlar" - Tehranla diplomatik əlaqələr qırılma nöqtəsində...CANLI debat

“Azərbaycan öz ərazi bütövlüyünü itirəndə də İranın mövqeyini bilirdik. Bu barədə çox da dərinə getmək istəmirdik, çünki beynəlxalq münasibətlər var və əsas işimiz Ermənistanla idi. Amma görünür, İran min illik xasiyyətindən, xarakterindən yenə də əl çəkməyib”.

Bu fikirləri deputat Nizami Cəfərov Milli Məclisin iclasında deyib.

Deputat qeyd edib ki, İran 7-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər Azərbaycan xalqının hüquqlarını pozduğu kimi indi də həmin xüsusiyyətlərini davam etdirir: “İslam düşüncələri tarixində İran həmişə atəşpərəst olub. İran qədər İslama xəyanət edən ikinci ölkə yoxdur. Onların düşüncəsində, təfəkküründə, hətta mədəniyyətlərində belə İslam deyəndə Avestanı nəzərdə tuturlar. Bu yenə də davam edir, lakin prinsipial səhvlərlə baş verir. İran Azərbaycan parlamentindən nə gözləyir?! Parlamentimiz dəfələrlə İrandakı Azərbaycan xalqına azadlıq, təhsil, məktəb istəyib. Baxın biz sizdən bunu istəyirik”.

Sosial siyasət komitəsinin sədri Musa Quliyev də İranla bağlı məsələyə münasibət bildirib: O xatırladıb ki, dünən İranın 4 diplomatı casusluq fəaliyyətinə görə “persona-non-grata” (“arzuolunmaz şəxs”) elan edilib: “Hesab edirəm ki, qalan əməkdaşları da rədd olub getməlidir və o səfirlik adlanan casus, intriqa yuvası bağlanmalıdır”.

Komitə sədri əlavə edib ki, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan terrorçuların və təxribatçıların qısa müddət ərzində aşkarlanıb tutulması Azərbaycanın hüquq mühafizə orqanlarının yüksək peşəkarlığının göstəricisidir: “Hesab edirəm ki, terrorçu-təxribatçı qrup və şəbəkə daha geniş şəkildə üzə çıxarılmalı, maliyyələşdirmə mənbələri, bütün əlaqələri, müxtəlif özəl və dövlət qurumlarına sızıntıları aşkarlanmalı və təhlükəsiz vəziyyətə gətirilməlidir. Dini inanclı insanlarımızın radikallaşdırılmasına aparan bütün yollar bağlanmalıdır. İran siyasiləri anlamalıdırlar ki, demokratik, hüquqi, suveren Azərbaycan dövlətini təhdid etmək fars molla rejiminin nə başı, nə əmmaməsi üçündür”.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi analitik, politoloq Teymur Qasımlı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR