İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rusiya ilə hərbi ittifaq yaradır?

İranın Rusiya ilə yaxın vaxtlarda imzalayacağı hərtərəfli strateji tərəfdaşlıq sazişi hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Onun sözlərinə görə, saziş üçüncü ölkələrə qarşı yönəlməyib və Moskva və Tehranın digər ölkələrlə ikitərəfli müqavilələr bağlamasını məhdudlaşdırmır:

“Bu, həqiqətən də hərtərəfli, hər şeyi əhatə edən sazişdir. O, ikitərəfli münasibətlərin bütün aspektlərini əhatə edir, iqtisadiyyat və ticarətə xüsusi diqqət yetirir. Saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva edir, lakin hərbi ittifaq yaratmaq məqsədi daşımır”.

Xatırladaq ki, yanvarın 17-də Kremldə Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında danışıqlar baş tutacaq. Onların görüşündən sonra 47 maddədən ibarət hərtərəfli əməkdaşlıq sazişinin imzalanması gözlənilir.

“Kommersant”ın yazdığına görə, sənəd köhnəlmiş 2001-ci il müqaviləsini əvəz edəcək və onun prioritetlərindən biri ölkələr arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq olacaq. Sazişin mühüm komponenti ticarət, iqtisadi və enerji sahəsində əməkdaşlıq olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR