İnsanlara hürriyət, millətlərə istiqlal!

İran rejimi terrora belə don geyindirməyə çalışır - FOTOLAR

İran rejimi baş verən terror hadisəsini şəxsi münaqişə zəmininə yönəldir.

Musavat.com xəbər verir ki, İrana yaxın media quruluşları bu gün səhər Tehrandakı səfirliyimizə hücum edən şəxsin fotolarını yayıb.

İddia edilib ki, "o, İran vətəndaşı, arvadı isə Azərbaycan Respublikası vətəndaşıdır. Hadisə sırf ailə zəminində baş verib".

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Musavat.com

WhatsApp Image 2023-01-27 at 16.44.49 (1).jpeg (53 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR