İnsanlara hürriyət, millətlərə istiqlal!

İran PUA-ları Zəngəzur üzərində səmaya qaldırdı, Paşinyan müharibəni SEÇDİ – Fəzail Ağamalı və Razi Nurullayev CANLIda

İranın Azərbaycan və Ermənistan sərhədi olan Zəngəzur üzərində kəşfiyyat PUA-ları qaldırıb. Bu barədə İran İnqilab Keşikçiləri Korpusunun Telegram kanalı məlumat yayıb. Kanal foto paylaşaraq İranın Azərbaycan və Ermənistan sərhədi olan Zəngəzur üzərində kəşfiyyat PUA-larını qaldırdığını bildirib. Paylaşımda “Ən kiçik hərəkət gözümüzdən qaçmayacaq” şərhi qeyd olunub.

Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ildə onun yaratdığı müharibənin məqsədi Qarabağdan xilas olmaq idisə, indi törədəcəyi müharibənin məqsədi KTMT-dən çıxmağa hesablanıb.

Bu barədə erməni ekspert Avetik İşxanyan sərhəddə baş verən gərginlik və ABŞ-Ermənistan hərbi təlimləri haqqında danışarkən deyib.
Onun sözlərinə görə, 2022-ci ilin sentyabrında ikigünlük (13-14 sentyabr) müharibə anti-Rusiya mövqeyini gücləndirmək və KTMT-dən çıxmağa hesablanmışdı: “Paşinyan öz məqsədinə nail olmaq üçün insan həyatını qurban verir, 2020-ci ildə də bunu etdi, 2022-ci ildə də. İndi də eyni şeylər təkrarlanır. ABŞ-Ermənistan təlimləri də məhz anti-Rusiya prosesinin tərkib hissəsidir”.

Erməni ekspert son günlər İrəvan-Moskva xəttində baş verən gərginliyə diqqət çəkib. Qeyd edib ki, hər şey hazır ssenari üzrə davam edir.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR