Onlayn ictimai-siyasi qəzet
İran prezidenti İbrahim Rəisi dekabrın 7-də Moskvaya bir günlük səfər edib. Dövlət mediası səfərin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutduğunu açıqlayıb, lakin Putinin İran prezidenti ilə görüşdə səsləndirdiyi fikirlər bu iddia ilə ziddiyyət təşkil edir.
“Azad İran” “YouTube” kanalı xəbər verir ki, İbrahim Rəisinin Moskvaya hər səfəri qalmaqallı olur və müxtəlif mübahisələr doğurur. Onun ötən ilin fevralında Moskvaya ilk səfəri bir çox məqamlarına görə uzun müddət müzakirə obyektinə çevrilmişdi:
Kreml sarayında namaz qılmaqdan və prezidentlərin təkbətək söhbəti üçün uzunluğu 5 metr olan masa seçilməsindən tutmuş Putinin İran prezidentini şəxsən qarşılamaması və dövlət mərasimlərinə məsul şəxsin sarayın önündə “get, get” deyə çığırmasına qədər. Rəisinin Moskvaya ikinci səfəri zamanı isə qalmaqallı məqamlar fərqli şəkil alıb.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ