İnsanlara hürriyət, millətlərə istiqlal!

İran polisi 105 ton narkotik vasitə müsadirə edib

Cari ilin ötən dövrü ərzində İran polisinin keçirdiyi əməliyyatlar zamanı Əfqanıstan və Pakistan sərhədində 105 ton müxtəlif tip narkotik vasitə müsadirə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə İran Polis Təşkilatının rəis müavini general Qasım Rezayi məlumat verib. O, jurnalistlərə bildirib ki, Əfqanıstan ilə sərhəd-keçid məntəqələrində hər gün 10 kiloqramdan artıq narkotik vasitə tutulur. Bundan başqa, operativ məlumatlar əsasında hazırlanan əməliyyatlar nəticəsində qaçaqmalçılardan tonlarla narkotik vasitə ələ keçirilərək məhv edilir. Buna baxmayaraq, qaçaqmalçılar İran ərazisinə narkotik maddələri keçirib sata bilirlər.

General nəzərə çatdırıb ki, BMT-nin mütəxəssislərinin hesablamalarına əsasən, son 10 il ərzində Əfqanıstanda narkotik maddələrin istehsalı 50 faiz artıb. Əfqanıstanda hakimiyyətə gələn “Taliban” xaşxaş əkib becərilməsini qadağan etsə də, hələlik narkotik qaçaqmalçılığı azalmır.

Qasım Rezayi bildirib ki, narkotik qaçaqmalçıları İran ərazisindən tranzit kimi istifadə edərək narkotikləri Avropa ölkələrinə daşıyırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR