İnsanlara hürriyət, millətlərə istiqlal!

İran parlamentinin sədri Bakıya gəlib

İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün Bakıya gəlib.

Musavat.com bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Qalibafı Bakıda Heydər Əliyev adına hava limanında Azərbaycan Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov qarşılayıb.

Xatırladaq ki, 15-ci sessiya "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr olunub. Toplantıda 26 ölkə parlamentinin və 6 beynəlxalq təşkilatın nümayəndə heyəti, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR