İnsanlara hürriyət, millətlərə istiqlal!

İran parlamenti Pezeşkiana etiraz etmədi- Bu nazirlər təsdiqləndi

İran parlamenti bu gün prezident Məsud Pezeşkianın təqdim etdiyi yeni Nazirlər Kabinetinin tərkibinin tam təsdiqinə səs verib.

Musavat.com xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

"İran Məclisi yeni Nazirlər Kabinetinə bütün namizədləri təsdiqləyib", - agentlik qeyd edir.

O cümlədən, Abbas Əraqçi 244 səslə İran Xarici İşlər Nazirliyinin rəhbəri olub. İran Mərkəzi Bankının keçmiş rəhbəri Abdulnasir Himmeti iqtisadiyyat naziri təyin edilib. Möhsün Paknejad neft naziri vəzifəsinə təsdiq edilib.

İran prezidenti bir gün əvvəl parlamentin onun təklif etdiyi bütün nazirləri təsdiq edəcəyinə ümid etdiyini bildirib.

"Ümid edirəm ki, parlament bütün nazirlərə etimad səsverməsi keçirəcək", - Pezeşkian bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR