İnsanlara hürriyət, millətlərə istiqlal!

İran müharibə istəmir, amma İsraillə atəşkəsin daimi olmadığını da bilir – Pezeşkian

Tehran yenidən İran ərazisinə hücum edəcəyi təqdirdə İsraildəki hədəfləri vurmağa hazırdır.

Musavat.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib: "Biz İsrailin istənilən hərbi addımına hazırıq və qüvvələrimiz onun ərazisinə yenidən zərbə endirə bilər.

Biz müharibə axtarmırıq və atəşkəsin daimi olacağını gözləmirik".

Münaqişənin kəskinləşməsi zamanı hər iki tərəfin bir-birinə “güclü zərbələr” vurduğunu əlavə edən İran prezidenti qeyd edib ki, İsrail “itkilərini gizlədir”:

“İsrail bizim raket zərbələrimizin effektivliyi ilə bağlı hər hansı məlumatın açıqlanmasına mane olur, lakin onun müharibəni dayandırmaq tələbi çox şeydən xəbər verir”.

Peşeşkian həmçinin vurğulayıb ki, İran nüvə silahı əldə etmək niyyətində deyil, beynəlxalq hüquq normalarına uyğun olaraq uranı zənginləşdirməyə davam edəcək:

“Biz nüvə silahına malik olmaq imkanını tamamilə rədd edirik – bu, bizim siyasi, dini, humanitar və strateji mövqeyimizdir. Lakin beynəlxalq hüquq çərçivəsində gələcəkdə öz ərazisində uranı zənginləşdirməyə davam edəcəyik".

ABŞ prezidenti Donald Trampın İranın nüvə silahı əldə etməməsi ilə bağlı bəyanatlarını şərh edən Pezeşkian Tehranın “bununla razılaşdığını” qeyd edib:

"Nüvə proqramımızın məhv edildiyi iddiası illüziyadır, çünki bizim imkanlarımız obyektlərdə deyil, alimlərimizin şüurundadır". Bu kontekstdə o vurğulayıb ki, nüvə proqramı ilə bağlı istənilən danışıqlar bütün tərəflərin maraqları nəzərə alınmaqla aparılmalıdır və Tehrana qarşı təhdidlər qəbuledilməzdir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR