Onlayn ictimai-siyasi qəzet
İraqda İran mallarına qarşı boykot başlanıb.
Musavat.com xəbər verir ki, sosial mediada yayılan görüntülərə əsasən, İraqda satışda olan bəzi İran istehsalı məhsulların içərisindən narkotik maddələr aşkarlanıb.
Bu görüntülər ictimaiyyət arasında ciddi qəzəb doğurub və bir çox insanı İran məhsullarını boykot etməyə səsləyib. Boykot çağırışları xüsusilə gənclər arasında geniş yayılaraq sosial mediada müxtəlif heşteqlər altında müzakirələrə çevrilib. Kampaniyalarda İran məhsullarının alınmaması, yerli istehsalın dəstəklənməsi və iddiaların ətraflı şəkildə araşdırılması tələb olunur.
Son məlumata görə, bəzi marketlər artıq İran məhsullarını satışdan çıxarmağa başlayıb.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ