İnsanlara hürriyət, millətlərə istiqlal!

İran mediası Zəngəzur dəhlizindən YAZDI: Rusiyanı qınadı

 “Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanı təhdid edib ki, (20 noyabr 2020-ci il) atəşkəs razılaşması əsasında Zəngəzur dəhlizinin yaradılmasına dərhal icazə verməlidir”. 

Musavat.comAzad İran”a istinadən xəbər verir ki, bunu 8-ci çağırış İran parlamentinin üzvü və siyasətçi Seyid Əli Hüseyni “Camaran” saytında yazıb. 

“Əgər bu addım Rusiyanın təzyiqi altında həyata keçirilsə, İranın Qafqaza çıxışı və Avropa İttifaqına gedən şimal marşrutu həmişəlik kəsiləcək və nəticələri əsrlər boyu İrana öz təsirini göstərəcək”, - deyə siyasətçi iddia edib.

Zəngəzur dəhlizinin ruslar üçün əhəmiyyəti nədir?

Siyasətçi qeyd edib ki, Zəngəzur dəhlizi açılarsa, bununla ruslar öz mallarını və qazını Türkiyəyə çatdıra, Azərbaycan isə Rusiya qazını istehlak etməklə öz qazını Avropaya ixrac edə bilər. Təhlükəsizlik baxımından da, ruslar sözügedən dəhlizə nəzarət etməklə NATO-nun bölgəyə təsirinin qarşısını alacaq və Türkiyə-Azərbaycan-Orta Asiya marşrutunu öz təhlükəsizlik çətiri altına alacaqlar.

“İran hökuməti ruslara başa salmalıdır ki, İran Rusiya-Ukrayna müharibəsində maddi və mənəvi maraqlarda böyük itkilər verib və dəhlizə bu cür yanaşmaq hökumət və xalq üçün uyğun deyil...”, - deyə o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR