İnsanlara hürriyət, millətlərə istiqlal!

İran limanında hərbi gəmi batdı - MÜƏMMALI HADİSƏ

İranın Hərbi Dəniz Qüvvələrinə məxsus “Səhənd” freqatı çevrilərək yan yatıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hadisə Fars körfəzindəki Bəndər Abbas limanında baş verib.

Liman rəhbərliyindən verilən rəsmi açıqlamaya görə, gəmi təmir zamanı çənlərə su daxil olması səbəbindən əyilib.

Yerli media bir neçə nəfərin xəstəxanaya aparıldığını bildirib.

“Səhənd” 2017-ci ildə istifadəyə verilib. Təxminən 2500 tona yaxın yerdəyişmə qabiliyyətinə malik gəmi torpedo atıcı qurğular, raketlər, o cümlədən gəmi əleyhinə raketlər, artilleriya və avtomatik toplarla silahlanıb.

İranın Gəmiqayırma və Dəniz Sənayesi Kompleksinin rəhbəri Salman Zərbi gəminin təmir olan biləcəyini söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR