Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, bu gün səhər saatlarında İranın hava hücumundan müdafiə qüvvələri (SEPAH – İran İnqilabı Keşikçiləri Korpusu) İsrailə məxsus “Hermes 900” tipli pilotsuz uçuş aparatını vurub.
Məlumata görə, insidents İslam Respublikasının Markazi vilayətinin hava məkanında baş verib. İran mənbələri bildirir ki, sözügedən PUA İsrail Hərbi Hava Qüvvələrinə məxsusdur və silahlı olub.
İran tərəfi bildirir ki, SEPAH-ın hava hücumundan müdafiə sistemləri aparatı dərhal aşkarlayaraq hədəfə alıb və uğurla zərərsizləşdirib.
Bu hadisə İran və İsrail arasında artmaqda olan hərbi-siyasi gərginliyin fonunda baş verir.
Xatırladaq ki, son günlərdə ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələr və bunun əvəzində İranın mümkün cavab tədbirləri ilə bağlı regionda vəziyyət xeyli gərginləşib.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ