Onlayn ictimai-siyasi qəzet
İran hökuməti öz təbliğat şousuna ermənilərin keşişi ilə davam etməyə qərar verib.
Musavat.com IRNA-ya istinadən xəbər verir ki, xəbər verir ki, dünən Şərqi Azərbaycan əyalətinin valisinin müavini Murtaza Məhəmmədzadə Güney Azərbaycanda yaşayan ermənilərin arxiyepiskopu Qriqor Çiftçiyan ilə Müqəddəs Sarkis kilsəsində görüşüb.
Məlumata görə, görüşdə Murtaza Məhəmmədzadə deyib ki, “İranda bütün dinlərin ardıcılları arasında möhkəm və ortaq əlaqə var”.
Onun sözlərinə görə, dini azlıqların hüquqları İran konstitusiyasında yer alıb və bu hüquqlar fundamentaldır, eyni zamanda inkar edilə bilməz.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ