İnsanlara hürriyət, millətlərə istiqlal!

İran: hicabsız aktrisaya görə kinoteatrın direktoru işdən çıxarılıb

 

Tehranın “Lotus Cinema” kinoteatrında “Aslan dərisi” ("Pooste Shir") serialının final bölümünün nümayişi zamanı məşhur aktrisa Panteya Bəhramın hicabsız iştirakından sonra kinoteatrın direktoru vəzifəsindən uzaqlaşdırılıb.

APA İRNA-ya istinadən xəbər verir ki, bu barədə Kino Təşkilatının Monitorinq və Qiymətləndirmə üzrə direktor müavini Həbib İlbeigi bildirib.

Ətraflı
O qeyd edib ki, "kinoteatrın direktoru cinayətkarı kinoteatrdan uzaqlaşdırmadığı üçün işdən çıxarılıb".

"Bu kinoteatrla bağlı qanun pozuntuları da araşdırılır və bu barədə də tezliklə qərar veriləcək”, - direktor müavini vurğulayıb.

Qeyd edək ki aktrisa daha əvvəl də “Instagram” səhifəsində hicabsız çəkilmiş videosunu paylaşmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR