Onlayn ictimai-siyasi qəzet
İran hakimiyyətinin Urmiya gölü ilə bağlı apardığı təbliğata rəğmən, mütəxəssislər və ekoloqlar gölün yox olmaq təhlükəsi ilə üzləşdiyini bildirirlər.
Musavat.com-un xəbərinə görə, GünazTV bununla bağlı ekspertlərin şərhlərini diqqətə çatdırıb.
Məlumata əsasən, İran prezidenti İbrahim Rəisinin bölgəyə səfəri zamanı Urmiya gölünün bərpasını təlqin edən görüntülər gölün ən dərin nöqtəsində çəkilmiş təbliğat xarakterli saxta videolardan ibarət olub.
Qeyd edək ki, gölün canlanması üçün suya olan tələbatı ildə 3,4 milyard kubmetrdir. Hər il bu miqdarda su vurularsa, Urmiya gölünün ekoloji səviyyəyə çatması təxminən 5 il çəkəcək.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ