Onlayn ictimai-siyasi qəzet
İran bu gün hərbi gücünü nümayiş etdirərək beynəlxalq ictimaiyyətə açıq mesaj verdi.
Musavat.com xəbər verir ki, Tehranda keçirilən hərbi parad İran Ordusu Günü münasibətilə baş tutub. Tədbir həm də İranın ali lideri Ayətullah Əli Xameneinin doğum gününə təsadüf edir.
Parad zamanı müxtəlif növ silahlar nümayiş olunub. Ən çox diqqət çəkən isə Rusiyadan alınan S-300 zenit-raket kompleksləri olub. Tədbirdə bir sıra xarici ölkələrin səfirləri və hərbi rəsmiləri də iştirak ediblər.
İran rəhbərliyi bu parad vasitəsilə ölkənin müdafiə gücünün yüksək səviyyədə olduğunu və hər cür təhdidə cavab verməyə hazır olduğunu göstərməyə çalışıb.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ