İnsanlara hürriyət, millətlərə istiqlal!

İran diplomatı Qərbi Zəngəzura gəldi - hikkəli açıqlamalar

Təbii ki, biz sülhü dəstəkləyirik. Biz Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını da dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.

Musavat.com-un məlumatına görə, bu barədə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani bu gün, mayın 22-də Qərbi Zəngəzurda bildirib.

“Biz inanırıq ki, sülh sazişinin imzalanması hər iki ölkənin, eləcə də regionun maraqlarına uyğundur. Biz bu sazişin imzalanmasına yardım etməyə hazırıq. Bildiyiniz kimi, biz əvvəllər Ermənistanın baş nazirinin “Sülhün kəsişməsi” layihəsini alqışlamışıq. Bu, regionun kilidini açmaq üçün bir fürsət ola bilər.

Bu, regionun çiçəklənməsinə öz töhfəsini verəcək. İqtisadiyyat nəqliyyata əsaslanır və bu, regionda nəqliyyatın inkişafına mühüm töhfə verə bilər.

Bilirsiniz ki, biz blokun açılmasının əleyhinə deyilik, siz bizim mövqeyimizi bilirsiniz, lakin istənilən blokun açılması Ermənistanın milli suverenliyi çərçivəsində aparılmalıdır. Düşünürəm ki, bulayihə həm də regionda yüklərin daşınmasını asanlaşdıracaq. Hər kəs sülh sazişini alqışlamalıdır”, - deyə səfir bildirib.

Erməni mediasının məlumatına görə, iranlı diplomat bir az da irəli gedərək Zəngəzur dəhlizinin olmayacağını iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

23 May 2025

BÜTÜN XƏBƏRLƏR