Onlayn ictimai-siyasi qəzet
İranın BMT-dəki daimi nümayəndəliyi İsrailin ötən gecə həyata keçirdiyi hücuma cavab olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
Musavat.com xəbər verir ku, İran nümayəndəliyinin rəhbəri Əmir Səid İrəvani bu məqsədlə Təhlükəsizlik Şurasının sədrinə rəsmi məktub ünvanlayıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məktubda bildirilir: “Sionist rejim (İsrail nəzərdə tutulur – red.) düşünülmüş, qanunsuz və qəsdən həyata keçirilmiş təcavüz aktı ilə İran İslam Respublikasının nüvə obyektlərinə və mülki infrastrukturuna qarşı koordinasiyalı hərbi hücumlar təşkil edib”.
Tehran bu hücumların beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olduğunu bildirib və dünya birliyini məsələ ilə bağlı sərt mövqe sərgiləməyə çağırıb.
Şahanə Rəhimli
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ