İnsanlara hürriyət, millətlərə istiqlal!

İran 5 aprel görüşünü dəstəkləyir, çünki... - Politoloq DETALLARI AÇIQLADI

“İranın bəyan etdiyi fikir və əsas narrativ bundan ibarətdir ki, kənar geosiyasi oyunçular regiona müdaxilə etməməlidir. Xəzər dənizində kənar geosiyasi mərkəzlər mövcud ola bilməz, donanma saxlaya bilməz. Lakin biz bunun əksi olan davranışları müşahidə edirik”.

Bu fikirləri Musavat.com-a politoloq İlyas Hüseynov deyib.

ilyas.jpg (91 KB)

Yaxın Şərqdə baş verən müharibəyə diqqət çəkən politoloq qeyd edib ki, İran mövqeyini möhkəmləndirmək və mövcudluğunu daha da inkişaf etdirmək məqsədi güdür:

“İran və İsrail arasında mübarizə yeni mərhələyə keçib. Belə olan halda Avropa İttifaqının mülki missiyasının Ermənistan ərazisində olmasından narahatlıq keçirməyən İran 5 aprel Brüsseldə keçirilən görüşə də susqunluqla yanaşdı. Eyni zamanda dünən İran hava yollarına məxsus “Boeing” yük təyyarəsi ilə Ermənistana davamlı olaraq silah daşınmasıyla bağlı məlumatların yayılması da sübut edir ki, İran üçün Cənubi Qafqazda güclü Azərbaycan əvəzinə, təhlükəsizlik və müdafiə qabiliyyəti güclü Ermənistanın mövcudluğu sərf edir. Belə ehtimallar da var ki, bu yanaşma İranın digər dövlətlərlə sövdələşməsinin nəticəsidir. Biz erməni rəsmilərinin müsahibələrinə baxanda görürük ki, İranla Ermənistan arasında dostluq münasibətlərinə sadiqlik sezilir. Bu, belə bir nəticəyə gəlməyə əsas verir ki, İran nəinki 5 aprel görüşündən narahat deyil, hətta görüşü dəstəkləyir”.

Politoloq hesab edir ki, bu, İran və Azərbaycan arasında münasibətlərin normallaşması üçün atılan bütün addımlara ziddir:

“Bu mövqe bütün təşəbbüslərin üzərindən xətt çəkir. Baxmayaraq ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin hələ də öz vəzifəsində qalmasının səbəbi kimi İran-Azərbaycan münasibətlərinin normallaşması dayanır, biz hələ də normallaşmağa dair tutarlı arqumenti müşahidə etmirik. Bizim səfirliyimizə edilən qanlı terrorla bağlı çıxarılan hökm nə qədər sərt olsa da, bu münasibətlərin yaxınlaşması üçün əsas rolunu oynamır. Qeyri-dost yanaşmalar münasibətlərə kölgə salır. Bunun əsas hərəkətverici qüvvəsi rəsmi Tehrandır. Biz bu yanaşmaları tamamilə rədd edirik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR