Müğənni İradə İbrahimova həyat yoldaşı, iş adamı Ceyhun İzerlə bağlı paylaşım edib.
Sənətçi instaqram səhifəsində “2024-cü ilə bir şəkil paylaş” başlığı ilə yay aylarında əriylə birgə çəkdirdiyi fotosunu yayımlayıb.
Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. Cütlüyün 2010-cu ildə İpək adlı qız övladı dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlunu dünyaya gətirib. (olay)
ŞƏRHLƏRŞƏRH YAZ