Onlayn ictimai-siyasi qəzet
İordaniya vəliəhdi II Əl-Hüseyn və şahzadə Rəcva Əl Saif ilk dəfə valideyn olublar.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Kral Abdullah sosial şəbəkə hesabında paylaşım edib.
"İlk nəvəmiz İman Hüseyni bizə bəxş etdiyi üçün Allaha şükür olsun. Sevimli Hüseyn və Rəcvanı təbrik edirəm.
Allahdan onun gözəl böyütməsini və valideynləri üçün qorumasını diləyirik. Ailəmizi işıqlandırdın!", - paylaşımda qeyd olunub.
Həmçinin kral ailəsi Hüseynin yeni doğulan qızına qucağında dua oxuyan videosunu yayımlayıb.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ