İnsanlara hürriyət, millətlərə istiqlal!

İnvestorlar Avropa fondlarındakı vəsaitlərini geri çəkirlər

2023-cü ilin ötən dövrü ərzində Avropa fondları 27 milyard dollar itirib.

Bloombergin Bank of America-nın göstəricilərinə əsasən yazdığına görə, bunun əsas səbəbi investorların öz vəsaitlərini Avropa fondlarından çəkərək ABŞ fondlarına yatırmalarıdır.

Agentlik qeyd edir ki, artıq 16 həftədir Avropa fondlarından stabil axın davam edir. Təkcə son 7 gündə Avropa fondlarından 4,6 milyard dollar vəsait geri çəkilib. Maraqlıdır ki, belə axın yalnız Avropada müşahidə olunur. Ekspertlər hesab edirlər ki, ABŞ iqtisadiyyatında vəziyyət sürətlə yaxşılaşır, resessiya riski minimuma düşür deyə investorlar oranı yatırım üçün daha əlverişli hesab edirlər. Bundan əlavə, qlobal resessiya baş verərsə, ABŞ iqtisadiyyatının ondan ən az təsirlənməsi ehtimalı da nəzərə alınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR