İnsanlara hürriyət, millətlərə istiqlal!

İntizam komissiyasının rəhbərliyi seçildi

Fevralın 1-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Musavat.com-un məlumatına görə, iclasa moderatorluq edən komissiya üzvü Səttar Möhbalıyev deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsinə əsasən, parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında İntizam komissiyasının tərkibi yenidən formalaşdırılıb.

O bildirib ki, yeni yaradılan komissiyanın ilk iclasının gündəliyinə komissiya sədrinin, onun müavininin və komissiyanın katibinin seçilməsi məsələləri daxildir.

İclasın moderatoru deputat Eldar İbrahimovun ötən dövrdə İntizam komissiyasına rəhbərliyini müsbət dəyərləndirib və komissiyanın sədrliyinə onun namizədliyini irəli sürüb.

İntizam komissiyası sədrinin müavini vəzifəsinə deputat Fəzail Ağamalının, komissiyanın katibi vəzifəsinə deputat Nurlan Həsənovun namizədliyi təklif olunub.

Komissiya üzvləri deputat Eldar İbrahimovu İntizam komissiyasının sədri, deputat Fəzail Ağamalını İntizam komissiyası sədrinin müavini, deputat Nurlan Həsənovu komissiyanın katibi seçiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR