İnsanlara hürriyət, millətlərə istiqlal!

İntihar etdiyi deyilən sabiq polis rəisi açıqlama verdi - EKSKLÜZİV

Sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin sabiq rəisi Şirzad Əsgərovun intihar etməsi barədə xəbərlər yayılıb.

Musavat.com-un verdiyi məlumata görə, iddia edilir ki, sabiq rəisin intiharı qalmaqallı “Nərmin işi” ilə bağlıdır.

Məsələ ilə bağlı sabiq rəis Şirzad Əsgərov Musavat.com-a açıqlama verib.

Ş.Əsgərov bu cür məlumatların hansı məqsədlə yayıldığı haqda fikir bildirmək istəməyib.

Amma qeyd edib ki, azyaşlı Nərminin qətli ilə bağlı hazırda davam edən məhkəmə araşdırması yekunlaşdıqdan sonra barəsində həqiqətə uyğun olmayan məlumatlar yayan şəxslər barəsində məhkəməyə müraciət edəcək.

Ş.Əsgərov əlavə edib ki, məhkəmə qanuni hökmünü çıxarana qədər bu mövzu ətrafında danışılan fikirlərə münasibət bildirmək olmaz: “Polis rəisi olsan belə istintaq orqanının işinə qarışa bilməzsən. Buna imkan belə verməzlər”.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR