İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsult keçirən Fatma Mahmudova ilk dəfə efirdə - VİDEO

Bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudova uzun müddət sonra efirə çıxıb.

Aktrisa "Tarixin bir günü" verilişinə gəlib. Səhhətindən danışan F.Mahmudova yaxşı olduğunu, artıq yeriyə bildiyini deyib:

"Allahmdan çox razıyam. Mən o dünyadan gəlmişəm. 2 ay burada yox idim. Bu gün yaşayıramsa, bunu Allah edib. Bəlkə kiməsə yaxşılıq etmişəm. Heç bir verilişə gedə bilmirəm. Hər şey illərdir üst-üstə yığıldı. 1991-ci ildə ağır qəza keçirtmişəm, terrorun ilk qurbanı mən olmuşam. Gəncənin girişində avtobus partlayıb içində mən olmuşam. Bunlar indi büruzə verdi. Yaxşı ki, belə oldum. Belə olmasaydım, insanları tanımazdım. Çox adamı kəşf etdim".

Qeyd edək ki, F.Mahmudova ötən il də insult keçirmişdi. Aktrisa uzun müalicədən sonra səhhətinin düzəldiyini demişdi. O, yanvarın 29-da yenidən insult keçirib və xəstəxanaya yerləşdirilib. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR