Onlayn ictimai-siyasi qəzet
Sardiniya adası insanların çoxunun 100 il və ya daha çox yaşaya biləcəyi dünyanın nadir "mavi zona"larından birinin evidir.
İtaliyadakı bu adanın insanları qeyri-adi uzunömürlülükləri ilə fərqlənirlər.
Sardiniyalıların qida rasionunda ətdən çox meyvə və tərəvəz, eləcə də tam taxıl çörəyi və lobya üstünlük təşkil edir. Onlar üçün ailə münasiətləri prioritet təşkil edir. Hesab edirlər ki, ailə dəyərləri hər bir ailə üzvünün ehtiyac duyduğu qayğını almasını təmin edir.
Uzunömürlülük nənə və babaların nəvələrinə göstərdikləri sevgi, qayğı və müdrikliklə də bağlı ola bilər.
Sardiniyadan başqa dünyada daha dörd mavi zona var, yəni Yaponiyada Okinava adaları, Kosta Rikada Nikoya yarımadası, Yunanıstanda İkariya və Kaliforniyada Loma Linda.//Lent.az
17 Noyabr 2024
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ