Onlayn ictimai-siyasi qəzet
Palliativ yardım həkimi Ketrin Manniks bildirib ki, ömrünün son günlərində insan çox yatmağa başlayır, huşunu itirir və qorxu hissi keçirmir.
Bu fikirləri BBC Radio 4-də "Qadın saatı" proqramı çərçivəsində yayımlanan müsahibəsində bölüşüb.
"Baş verənləri batareyası şarj cihazına qoşulduqdan sonra belə enerji yığmayan köhnə mobil telefonla müqayisə etmək olar", - həkim qeyd edib.
Manniks 30 ildən çox tibb sahəsində çalışıb və demək olar ki, bütün vaxtını ciddi xəstəliklərin müalicəsinə həsr edib. Həkim qeyd edib ki, ölümdən əvvəl insan yuxudan, yeməkdən və sudan enerji ala bilmir. O, tükənir, çox yatır və oyanmağa enerjisi qalmır. Onun sözlərinə görə, bu, huşsuzluğa bənzəyir. Bununla belə, Manniks vurğulayıb ki, xəstə heç bir dəhşətli təcrübə yaşamır, sadəcə olaraq yaşam ilə istirahət vəziyyəti arasındakı sərhəddən xəbəri olmur. Həkim əmin edib ki, ölüm ayağında olan insan belə hallarda ağrı, qorxu hiss etmir və boğuq nəfəs alması onun boğulduğu anlamına gəlmir.
"Ölümünə az qalmış insan yavaş nəfəs almağa başlayır, ölməkdə olan insan nəfəs verir və bir daha nəfəs almır. Hollivud filmlərinin qəhrəmanlarının həyatlarının göstərildiyi son dəqiqələri heç bir şəkildə reallığa uyğun gəlmir və bu, rejissorların uydurmasıdır", - həkim yekunda əlavə edib.
Qeyd edək ki, palliativ yardım tibbi və sosial fəaliyyət sahəsi olub, sağalması mümkün olmayan (və ya xəstəliyin son mərhələsində olan) xəstələrin əzab-əziyyətinin qarşısının alınması və vəziyyətinin yüngülləşdirilməsi, həmçinin onların ailə üzvlərinin həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədini daşıyır. (Publika.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ