İnsanlara hürriyət, millətlərə istiqlal!

İnqilabçılar İranda polis komandanlığının binasını partlatdılar

İranda polis komandanlığının binası partladılıb.

AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin İran seqmentində məlumat yayılıb. “Azad İran” “Telegram” kanalı yazır ki, hadisə Tonekabon şəhərində baş verib.

Məlumata görə, şəhər polis komandanlığının binası inqilabçılar tərəfindən partladılıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayından Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər.

Vətəndaşlar son günlərdə yenidən aktivləşərək küçələrə çıxıb etiraz edir, inqilabçı gənclər Xameneyiyə aid baner və fotolarla yanaşı, ayrı-ayrı dövlət qurumlarına od vururlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR