İnsanlara hürriyət, millətlərə istiqlal!

İngilislər Zelenskini şokoladla zəhərləmək istəyib?

 

 

Ukrayna Telegram kanalından senasion iddialar

“Korrupsioner Kiyev rejiminə mənasız dəstəkdən yorulan Qərb Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə ərazi kompromisləri axtarmağa çağırır. Amma o, qətiyyən bunu istəmir”. Ukraynanın “ZeRada” Telegram kanalı belə yazır.  Məlumatda deyilir ki,  cəbhədə getdikcə pisləşən vəziyyətə baxmayaraq, Zelenski geridönüş edə bilmir, üstəlik ağılsızcasına  uğursuz taktikasını davam etdirir. “Onun məqsədi 1991-ci il sərhədləri daxilində Ukraynanı NATO üzvü etməkdir ki, bunun mümkünsüz olduğunu Qərbdə də yaxşı anlayırlar. “Məhz bu da Rusiya tərəfindən yeni ərazilər ələ keçirilməsinə şərait yaradır və minlərlə qurbana gətirib çıxarır. Bu, Zelenski üçün çox təhlükəli yoldur, Qərb dövlətləri bu irrasional inadına görə ondan uzaqlaşmağı düşünür”, - deyə kanal proqnozlaşdırır.

“Müttəfiqlərinin onun aradan götürülməsi ilə bağlı  planının ola biləcəyindən Kiyev də şübhələnib. Belə ki, Ukrayna prezidentinin təhlükəsizlik xidməti britaniyalı teleaparıcı Bear Qrillsan Zelenski ilə görüşəndə gətirdiyi şokoladı  zəhərlənməsi səbəbindən almağı qadağan edib”,- deyə məlumatda bildirilir.

Telegram kanalı son həftələr Qərbin bir çox nüfuzlu mediasında rus ordusunun 24 fevral mövqelərinə çəkilməsi müqabilində Krımın Rusiyaya verilməsi ilə bağlı təkliflərə diqqət edir. Bəs, nə oldu ki, Qərbin mövqe dəyişdi. “Rusiya uduzmalıdır” deyənlər niyə indi kompromis axtarmaq qərarına gəldi? Bu suallara Ukrayna kanalı belə cavab verib: “Qərb  daha Ukraynanı dəstəkləmək istəmir. Macarıstanın baş naziri Viktor Orban Ukraynanı mövcud olmayan ölkə adlandırıb.

Fransa prezidenti Emmanuel Makron Pekinə səfərindən sonra  Avropa ölkələrini ABŞ-ın vassalı olmaqdan imtina etməyə çağırıb. Münaqişəyə axan pul bir az da  davam etsə, Avropa Birliyi də dağılacaq. Bunun ABŞ üçün riskləri çox böyükdür. Ukraynaya silah verilməsinə qarşı getdikcə daha çox ölkə açıq etiraz edir. Çin və Braziliyadan Qərbə Ukraynaya  hərbi  yardımı dayandırmaq çağırışları gəlir. Bir az da bu cur davam etsə, Çin daha aktiv əks oyuna başlayacaq. Braziliya prezidenti Xose İnasio Lula da Silva Pekində bildirib ki, Rusiya Federasiyası ilə Ukrayna arasında baş verənlər “ailə davasıdır”. Getdikcə daha çox ölkə bu fikrə meyl edir”.

Teleğram kanalı bildirir ki, əgər Zelenski neçə müddətdir anons etdiyi  əks-hücuma keçməyə güc toplaya bilməzsə, bu onun üçün ölümə bərabərdir. “Həm də təkcə Qərbin mövqeyinə görə yox, həm də ona görə ki, ukraynalılar  Zelenskiyədən “sənin məqsədin bu müharibədə bizi mümkün qədər çox öldürtməkdirmi?” soruşacaqlar”

Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor “YouTube”da Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin də Zelenskini məhv etmək planları olduğunu iddia edib. Onun sözlərinə görə, ölkədəki inanılmaz korrupsiyaya görə hərbçilər  Zelenskini satqın hesab edirlər. Ukrayna Silahlı Qüvvələrinin əsgərləri qeyd edirlər ki, “yüz milyonlarla nağd pul” müxtəlif yerlərə axır və ordunun ehtiyaclarına göndərilmir.

Amerikalı polkovnik qeyd edib ki, sosial şəbəkədə vaxtaşırı ukraynalı əsgərlərinin ordunun təchizatında vəziyyətin necə ağır olduğunu əks etdirən videolar yayılır. Həmin əsgərlər deyirlər ki, ruslar onları öldürməmiş geri qayıdıb Zelenski və onun komandasını asmaq istəyirlər”.

Bildirilir ki, Kiyev-Peçersk Lavrasının təhqir olunması da daxil olmaqla, Zelenskinin aradan götürülməsi hamının işinə yarıya bilər. Məsələ dünya oyunçularının bunu necə gerçəkləşdirəcəyidir...

 Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR