İnsanlara hürriyət, millətlərə istiqlal!

İnfeksionist: “Uşaqlar peyvənd edilməsə, yoluxma…”

Səhiyyə Nazirliyi respublikanın bəzi bölgələrində qızılca virusuna yoluxma halları müşahidə edildini, bu səbədən də ölkədə peyvənd işləri davam etdirilidiyini bildirdi.

Pandemiya dövründə bir qrup əhalidə vaksinasiyaya qarşı inamsızlıq, qorxu və şübhələr onların peyvənd olunmalarına maneçilik törətdi.

İnfeksionist-hepatoloq Mərdan Əliyev Musavat.com-a açıqlaması zamanı hazırda ölkəmizdə qızılca xəstəliyinin epidemiyasını müşahidə edildiyini, eləcə də qızılca virusuna sürətli yoluxma olduğunu dedi. Həkim bunun səbəbini isə peyvənd olunmamaqla əlaqələndirdi.

“Peyvəndlər nə üçün olunmayıb ? Bunun da səbəbi koronavirus pandemiyası dövründə peyvəndlərə qarşı xüsusi mənfi bir münasibət formalaşdı, və ehtimal ki, bəzi valideynlər övladlarını peyvənd etdirmədilər. Amma biz hazırda 4-8 yaş aralığındakı uşaqlarda da qızılca xəstəliyini müşahidə edirik və buda onu göstərir ki, valideynlər əvvəldən də məsuliyyətsiz yanaşaraq pandemiyadan əvvəl də bu peyvəndlərin vurulmasında maraqlı olmayıblar. Ümumiyyətlə uşaqların 3 yaşına qədər rutin peyvədləri var və bu peyvəndlər olunmalıdır. Bunlar arasında təhlükəli infeksiyalar var tetanus, difteriya kimi infeksiyalar var. Əgər uşaqların qızılca peyvəndi olmayıbsa, deməli rutin peyvənd olunmayıb, bu da o deməkdir ki, uşaqların tək qızılcaya qarşı yox digər xəstəliklərə qarşı da immun sistemi yoxdur və həmin xəstəliklərə asanlıqla yoluxa bilərlər. Ona görə 3 yaşına qədər olan uşaqların rutin peyvənd olunması vacibdir. Belə peyvəndlərin olunmasında Səhiyyə Nazirliyinin də böyük rolu var. Sahə həkimləri ailələrlə əlaqə saxlayaraq tələb etməlidir ki, azyaşlı uşaqlar peyvənd olunsun. Valideynlər bilməyə bilər, amma biz həkimlər bunları ailələrə izah etməliyik və xüsusi şərait yaradılmalıdır ki, ailələr uşaqları peyvəndə gətirsinlər”.

 

Dürrə Həsənova,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR